Azərbaycanda taksi sürücüsü məktəbliləri belə vurub əzdi - Video

04.06.2019 14:28
148
Azərbaycanda taksi sürücüsü məktəbliləri belə vurub əzdi - Video


Azərbaycanda şagirdlərin iştirakı ilə dəhşətli hadisə qeydə alınıb.


Ekspress.az “Avtosfer.az”a istinadən xəbər verir ki, insident məktəblərdən birinin qarşısında baş verib.


Görüntülər təhlükəsizlik şəhər kamerasına düşüb. Belə ki, “VAZ-2107” markalı, üzərində “taksi” nişanlı olan avtomobilin sürücüsü 4 şagirdi məktəbə düşürür. Şagirdlər yolu keçmək istəyirlər. Bu zaman asta sürətlə “Mercedes” markalı avtomobil onların qarşısından keçir.


Şagirdlər bir anlıq dayanıb “Mercedes”in keçməsini gözləyirlər. Birdən “VAZ-2107” markalı avtomobil hərəkət edir. Sürətlə uşaqların dayandığı yerə gəlir. Şagirdlərə çırpılaraq onları “Mercedes” markalı avtomobilə sıxır. Ətrafdakılar “07”ni güclə geri çəkilər. Görünür, nasazlıq yaranan, yaxud sürücünün əyləc yerinə qazı basdığı vəziyyətdə ölən olmasa da şagirdlər ağır yaralanır.


Qızlardan biri isə daxili qanaxması ilə xəstəxanaya çatdırılır.




Ekspress.az

  • SON XƏBƏR
  • TREND