Azərbaycanın meyvə-tərəvəzi beynəlxalq sərgidə nümayiş etdirilib

11.02.2019 17:50
217
Azərbaycanın meyvə-tərəvəzi beynəlxalq sərgidə nümayiş etdirilib


Azərbaycanın meyvə və tərəvəz məhsulları 6-8 fevral tarixlərində Almaniyanın Berlin şəhərində keçirilən “Fruit Logistica 2019” beynəlxalq meyvə və tərəvəz sərgisində nümayiş olunub.


Ekspress.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, məhsulların sərgidə nümayişi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə mümkün olub. Sərgidə meyvə və tərəvəz istehsalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib.


Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracına dair müzakirələr aparılıb, ilkin razılaşmalar əldə olunub. Belə ki, “Gilan FMCG” şirkəti Almaniyaya pomidor ixracına dair müqavilə imzalayıb.


Azərbaycanın “Mars FK” İngiltərəyə nar ixracına, “Balxurma” şirkəti qurudulmuş xurmanın Almaniyaya, “D Fruits” şirkəti isə istehsal etdiyi məhsulların Birləşmiş Ərəb Əmirliklərinə ixracına dair ilkin razılıq ediblər.


“Binə Agro” şirkəti isə məhsullarının Rusiyaya və Sudana ixracına, Hollandiya şirkətləri ilə Azərbaycanda birgə məhsul istehsalına dair danışıqlar aparıb.

  • SON XƏBƏR
  • TREND