Mərkəzi Bank 775 milyon manat cəlb edib

24.09.2018 11:55
159
Mərkəzi Bank 775 milyon manat cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib. Ekspress.az AMB-nin məlumatına əsasən bildirir ki, hərracda tələb 775,1 milyon manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.


Qeyd edək ki, AMB hərracda 14 gün müddətinə 350 milyon manat depozit cəlb etməyi düşünürdü.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND