Yanvarda Azərbaycan Gürcüstandan 1081 ədəd avtomobil idxal edib

19.02.2019 12:10
302
Yanvarda Azərbaycan Gürcüstandan 1081 ədəd avtomobil idxal edib

Ötən ay Azərbaycan Gürcüstandan 1 081 ədəd avtomobil idxal edib.


Ekspress.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.


İdxal olunan avtomobillərin ümumi dəyəri 9 milyon 889 min dollar təşkil edib.


İllik müqayisədə Azərbaycanın Gürcüstandan idxal etdiyi avtomobillərin sayı 679 ədəd və ya 2,6 dəfə çoxdur (Report).


Ötən ilin yanvar ayında Azərbaycan qonşu ölkədən ümumi dəyəri 7 milyon 399 min dollar olan 402 ədəd avtomobil idxal edib.


Ekspress.az