"Jara" filmi Bakıda böyük maraqla qarşılanır - VİDEO


14.09.2019 20:39
75
"Jara" filmi Bakıda böyük maraqla qarşılanır - VİDEO

Sentaybrın 5-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan romantik komediya üslubunda çəkilən “Jara” filmi izləyicilərin marağını çəkib.


Ekspress.az xəbər verir ki, nümayişə başlandığı gündən 10 gün müddətində filmə baxmağa gələnlərin sayında artım müşahidə olunur.


Filmi izləyən tamaşaçılar ekran işini çox bəyəndiklərini deyiblər.


Qeyd edək ki, keçən il Bakıda, beynəlxalq “Jara” musiqi festivalı zamanı ərsəyə gətirilən ekran əsərinin çəkilişlərində həmin günlərdə Bakıya toplaşan Rusiya və Azərbaycanın pop ulduzları Filip Kirkorov, Nikolai Baskov, Qriqori Leps, Ani Lorak, Emin Ağalarov, Valeriya, İosif Priqojin, Timati, yeqor Krid və başqaları iştirak ediblər.


Filmdə hadisələr Rusiya müğənnilərinin “Jara” festivalında iştirak etmək üçün Bakıya yollandığı təyyarədə başlayır. Sərnişinlər arasında filmin baş qəhrəmanı, festivalın son şousunu icra edəcək Daşa Steklova adlı qız da var. Bu rolu oynayan rusiyalı aktrisa Diana Pojarskaya Xalq artisti Emin Ağalarovun bəzi kliplərindən də tamaşaçılara tanışdır.


(report)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND