Xocalı soyqımının “memar”larından birinə Rusiyada abidə qoyulub - TƏXRİBAT

25.02.2019 15:11
279
Xocalı soyqımının “memar”larından birinə Rusiyada abidə qoyulub - TƏXRİBAT


Sabah Azərbaycan xalqı Xocalı faciəsinin 27 il dönümünü qeyd edəcək. 613 günahsız insanın amansız qətli, minlərlə insanın yurd-yuvalarından didərgin düşməsi ilə nəticələnən bu dəhşətli cinayətin təşkilatçıları və iştirakçıları təəssüf ki, hələ də məsuliyyətə cəlb edilməyiblər.

 

Bu cinayətin əsas iştirakçılarından biri Qarabağdakı erməni hərbi birləşmələrinin artilleriya briqadasıənda rəhbərlik edən general-leytenant Xristofor İvanyandır.


Ekspress.az xəbər verir ki, yüzlərlə günahsız insanın ölümünə səbəb olan əməliyyatlara rəhbərlik etmiş generalın soyadı erməni işğalçıları tərəfindən Xocalıya yeni ad kimi verilib. Təəssüf doğuran faktlardan biri ondan ibarətdir ki, Sankt-Peterburqda dəfn edilmiş İvanyanın qəbirüstü abidəsində “Герой Арцаха” (Artsaxın qəhrəmanı) yazılıb.

 

 Üçüncü ölkənin ərazisində separatizmi təbliğ edən qəbirüstü yazının yerləşdirilməsi təbii ki, heç bir çərçivəyə sığmır. Həmin ifadənin qəbirüstü abidədən götürülməsi üçün Sankt-Peterburqdakı azərbaycanlı icmasının, həmçinin, Azərbaycanın bu şəhərdəki konsulluğun məsələyə qarışması məqsədəuyğun olardı. (modern.az)

 

 

Xatırladaq ki, Xristofor İvanyan 1920-ci ildə Tbilisidə andan olub. 1992-ci ildə Sankt-Peterburqdan Dağlıq Qarabağa gələrək artilleriya qüvvələrinin komandiri kimi Azərbaycana təcavüzdə iştirak edib. 1997-ci ildə yaşadığı Sankt-Peterburqa dönən İvanyan 1999-cu ildə orada vəfat edib və dəfn olunub. 



Açar sözlər: