Göyçayda 24 yaşlı oğlan epilepsiya xəstəliyindən ölüb

24.03.2019 17:59
261
Göyçayda 24 yaşlı oğlan epilepsiya xəstəliyindən ölüb


Göyçayda gənc oğlan epilepsiya xəstəliyindən ölüb.


Rayonun Müskürlü kənd sakini, 1995-ci il təvəllüdlü Rəsulov Taleh İldırım oğlunun bədən temperaturu qəflətən 42 dərəcəyə qalxıb.


Taleh Rəsulov qıcolma vəziyyətində rayon təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Xəstəxanadan verilən məlumata görə, T. Rəsulov epilepsiya xəstəliyi ilə əlaqədar Göyçay rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində qeydiyyatda olub, evdə dərmanları mütəmadi qəbul etmədiyi üçün vəziyyəti ağırlaşıb və vəziyyəti ağırlaşdıqdan sonra təcili tibbi yardım stansiyasına müraciət edilib (ONA).


Onun epileptik status, 4-cü dərəcəli komaya düşməsi səbəbindən öldüyü bildirilir.


Faktla bağlı araşdırma aparılır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND