"Arsenal" erməni futbolçusunu satmağa hazırlaşır

25.05.2019 15:35
94
"Arsenal" erməni futbolçusunu satmağa hazırlaşır

İngiltərənin "Arsenal" klubu Ermənistan yığmasının futbolçusu Henrix Mxitaryanı yay transfer dövründə satmağa hazırdır.


Ekspress.az xəbər verir ki, "topçular"ın rəhbərliyi 30 yaşlı yarımmüdafiəçinin Premyer Liqada özünün pik formasına çıxa bilməyəcəyini düşünür.


Mxitaryan "Arsenal"a 2018-ci ilin yanvarında "Mançester Yunayted"də 34 milyon avroya keçib. Cari mövsümdə o, 39 oyuna 6 qol və 7 məhsuldar ötürmə müəllifi olub. Erməni futbolçunun "Arsenal"la 2021-ci ilin yayınadək müqaviləsi var (unikal.org). O, "Çelsi" ilə Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında iştirak etməməyə qərar verib.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND