İstanbulda mitinq keçirilib, aksiyada 1,6 milyon insan iştirak edib

24.03.2019 19:35
83
İstanbulda mitinq keçirilib, aksiyada 1,6 milyon insan iştirak edib

Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı” İstanbulda böyük mitinq keçirib.


Türkiyə mediasının xəbərinə görə mitinqdə 1,6 milyon insan iştirak edib. Mintinqdə Türkiyə Prezidenti, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan, MHP-nin sədri Dövlət Baxçalı və AKP-nin İstanbul böyükşəhər bələdiyyə başçısı vəzifəsinə namizəd Binəli Yıldırım çıxış edib.


Mitinq martın 31-də ölkədə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil olunub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND