Bakıda FACİƏ: İki yaşlı uşaq beşinci mərtəbədən yıxıldı


09.09.2019 15:25
41
Bakıda FACİƏ: İki yaşlı uşaq beşinci mərtəbədən yıxıldı

Suraxanı rayonunda iki yaşlı uşaq binadan yıxılaraq xəsarət alıb.


Ekspress.az -ın məlumatına görə, hadisə sentyabrın 7-də, 19:00 radələrində Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1V ünvanında baş verib. 


2016-ci il təvəllüdlü Hüseynova Ayan Elnur qızı yaşadığı binanın beşinci mərtəbəsindən yıxılaraq xəsarət alıb. 


Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağırdır.


Faktla bağlı araşdırma aparılır. (oxu)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND