OPEC+ görüşünün iyulun 12-də keçirilməsi təklif olunub

18.06.2019 22:36
76
OPEC+ görüşünün iyulun 12-də keçirilməsi təklif olunub

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Birgə Texniki Komitənin iclasının iyunun 8-də, Birgə Monitorinq Komitəsinin iclasının iyulun 10-da, OPEC-in iclasının iyulun 11-də, OPEC+ görüşünün isə iyulun 12-də keçirilməsini təklif edib.


Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.


Bu görüşdə hasilatın azaldılması ilə bağlı sazişin uzadılıb uzadılmayacağı barədə qərar veriləcəyi gözlənilir.


Qeyd edək ki, əvvəlcə OPEC+ görüşünün iyunun 25-27-də keçirilməsi planlaşdırılırdı.


Lakin Rusiya və Səudiyyə Ərəbistanının energetika nazirləri Yaponiyada G-20 sammitinə görə münasib vaxt olmadığını bildiriblər (report). Daha sonra görüşün vaxtının iyunun sonu iyulun əvvəlinə dəyişdirilməsi təklif olunub, İranın neft naziri isə iyunun sonu tarixinin uyğun olmadığını və görüşün iyulun 11-də keçirilməsini təklif edib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND