Azərbaycan cüdoçusu Böyük Dəbilqə yarışında gümüş medal qazanıb


12.05.2019 17:53
165
Azərbaycan cüdoçusu Böyük Dəbilqə yarışında gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən Böyük Dəbilqə yarışında gümüş medal qazanıb.


Ekspress.az -ın məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan 26 yaşlı idmançı həlledici qarşılaşmada 2017-ci ilin serbiyalı dünya çempionu Nemanya Maydova uduzub.


Maydov hissənin ortalarında tətbiq etdiyi vaza-ari fəndi ilə qələbəyə nail olub.

Bu, Azərbaycanın Böyük Dəbilqədə 5-ci medalı olub (report).


Daha əvvəl Hidayət Heydərov (73 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) gümüş, Rüstəm Orucov (73 kq) və Telman Vəliyev (73 kq) bürünc medal qazanıb.


Ekspress.az