Azərbaycanda 6,5 milyon ədəd plastik kart var

05.01.2019 18:34
117
Azərbaycanda 6,5 milyon ədəd plastik kart var

Ötən ilin noyabrında bankların dövriyyədə olan aktiv plastik kartlarının sayı 6 milyon 476 min ədəd təşkil edib.


Ekspress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu haqda məlumat Mərkəzi Bankın aylıq statistik buraxılışında öz əksini tapıb. Bu müddətdə sosial kartların sayı 2 milyon 532 min, əməkhaqqı kartları 2 milyon 41 min, digər kartlar 1 milyon 69 min və kredit kartlarının sayı 835 min ədəd olub.


Son bir ildə bankların dövriyyədə olan aktiv plastik kartlarının sayı 704 min ədəd artıb.


Ekspress


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND