Bakıda gözətçini öldürən qardaşlar tutuldu - VİDEO

07.10.2019 19:45
83
Bakıda gözətçini öldürən qardaşlar tutuldu - VİDEO

Gözətçini öldürən iki qardaş tutulub.


Hadisə sentyabrın 28-də paytaxtın Xətai rayonu Zığ Yolu kənarında olan zeytun bağlarında baş verib. Rayon polis idarəsinə məlumat daxil olub ki, ''Abşeron-Zeytun'' MMC-nin zeytun bağlarının gözətçisi 51 yaşlı Bağır Priyev ağır vəziyyətdə xəstəxanaya gətrilib və orda aldığı xəsarətlərdən ölüb.


Dərhal hadisə yerinə gələn rayon hüquq-mühafizə orqanlarının əməkdaşları meyitə baxış keçiriblər. Məlum olub ki, həmin şəxs ağır kəllə-beyn travmasından ölüb.Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə Bağır Piriyevin həmin gün saat 11 radələrində nəzarətçi işlədiyi bağda Bakı şəhər sakinləri Ramil Ağayev və qardaşı Kənan Ağayev tərəfindən münaqişə zəminində döyülməsi müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinənhər iki şəxs saxlanılıb.


Faktla əlaqədar hər iki qardaş barəsində Xətai rayon prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam edir.



Ekspress.az

  • SON XƏBƏR
  • TREND