Kaliforniyada təyyarə iki evə çırpılıb - ÖLƏNLƏR VAR

04.02.2019 11:30
216
Kaliforniyada təyyarə iki evə çırpılıb - ÖLƏNLƏR VAR

ABŞ-ın Kaliforniya ştatının Yorbi Linda şəhərində "Cessna 414A" modelli ikimetrlik təyyarə qəzaya uğrayaraq evə çırpılıb.


Ekspress.az xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarə iki evə çırpılıb və zərbədən sonra partlayıb, yanıb. Hadisə yerinə yanğınsöndürənlər gəlib. Təyyarənin düşdüyü yerin yaxınlığında məktəb də yerləşir.


Самолет развалился на части. Фото: СОЦСЕТИ



Orinc dairəsinin şerifi "Twitter" vasitəsilə hadisə nəticəsində 5 nəfərin öldüyünü bildirib. Məlumata görə, təyyarənin pilotu və evdəki 4 nəfər ölüb.


Şəkillərdən görünür ki, təyyarə zərbədən ətrafa sıçrayan parçalara bölünüb


Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND