Külək bir qədər də güclənəcək - XƏBƏRDARLIQ

09.01.2019 14:13
51
Külək bir qədər də güclənəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabah ölkə ərazisində gözləniləcək hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.


Nazirlikdən Ekspress.az-a verilən məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 9-u axşamdan 10-u gündüzədək əsən güclü şimal-qərb küləyinin yanvarın 10-da gecə və səhər arabir şiddətlənəcəyi gözlənilir.

 

Bölgələrdə də yanvarın 9-u axşamdan 10-u gündüzədək qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclü olacağı gözlənilir.


NƏRGİZ

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND