• 9 °C Bakı
  • 7 °C Quba
  • 8 °C Gəncə
  • 5 °C Yevlax
  • 8 °C Naxçıvan

Rektor qalmaqal yaşadığı dekanı işdən çıxardı

12.02.2019 00:06
43
Rektor qalmaqal yaşadığı dekanı işdən çıxardı

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli vəzifəsindən çıxarılıb. V. Ağabəyli BakuPost-a bildirib ki, onu əsassız iddialarla vəzifəsindən çıxarıblar.

 

O, ADU-da əleyhinə çıxmamış insanların da hazırda hədəf olduğunu bildirib: "Kimlər ki, mənim əleyhimə çıxmayıblar, növbəti hədəf onlardır. Pərvin Mürsəlovanı da bu gün işdən çıxardı, görək daha sonra kimləri çıxarır”.   

 

Qeyd edək ki, bundan öncə Universitetin rektoru Kamal Abdulla Filologiya və jurnalistika fakültəsinin dekanı V. Ağabəyliyə töhmət verildiyini açıqlamışdı. V. Ağabəyli isə rektoru universitetdə ayrı-seçkilik salmaqda, Elmi Şurada müəllimləri təhqir etməkdə, dostunun qızı olan və ingilis dilini bilməyən müəllimə dərs verməkdə, imtahanlarda köçürməyə şərait yaratmaqda günahlandırmışdı.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND