Riqada payız sərgiləri

12.10.2018 10:15
786
Riqada payız sərgiləri

Latviya Respublikasının paytaxtı Riqa şəhərində oktyabrın 11-dən 27-ci Beynəlxalq kənd təsərrüfatı sərgisi işə başlayıb. Sərgidə Avropanın, eləcə də Rusiya və Belorusun 250-dən artıq şirkəti iştirak edir.


Latviya Respublikasının Kənd təsərrüfatı naziri Yanis Duklavsin (Jānis DŪKLAVS, Minister of Agrikulture) “EKSPRES” qəzetinin Riqa əməkdaşına bildirib ki, Riqada Azərbaycan “Ticarət evi” açılandan sonra (qeyd edək ki, Azərbaycan “Ticarət evi” Riqada 2018-ci il iyulun 23-dən fəaliyyət göstərir - F.S), Latviya ilə Azərbaycan arasında əlaqlər daha da genişlənməyə başlayıb.


Sərginin rəhbəri Laura Luse (Laura LŪSE) “EKSPRES”in əməkdaşı ilə söhbətində bildirib ki, bu beynəlxalq sərgi 1991-ci ildən fəaliyyət göstərir: "Sərginin yaradıcısı Qunar Zalcmanis (Gunars ZALCMANIS) heç gözləməzd ki, 10-15 iştirakçı ilə başlayan bu sərgi gəlib Baltikyanı ölkələrin ən məhşur və ən böyk kənd təsərryfatı sərgisinə çevriləcək".


Sərgi ildə iki dəfə - yaz və payızda keçirilir. Payız sərgisinə 250-300 iştirakçı qatəlsa da, yaz sərgisində 700-900 iştirakçı olur: "Hətta, hərbi silah sərgisi də yazda keçirilir. Bu sərgidə İngiltərə, Danimarka, Latviya və NATO-nun digər üzvlərinin hərbi texnikası nümayiş olunur".


“Latviya-Azərbaycan” kültur assosiasiyasının analitik departamentinin proqnozuna görə, Azərbaycan Respublikası da Riqada keçirilən bu sərgilərə qatılsa, bu, ölkəmizin daha da tanınmasına kömək olar.

 

Faiq SƏFƏROV

“Latviya-Azərbaycan” kültur asosiasiyasının prezidenti

Riqa şəhəri

 

Fotolar müəllifindir

Açar sözlər: