Xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial xidmətlər genişləndiriləcək

01.06.2019 13:38
98
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial xidmətlər genişləndiriləcək

Azərbaycan Prezidenti xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.


Ekspress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncamın mətnində qeyd edilir:


" "Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 (beş) milyon manat ayrılsın".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND