Azərbaycan Qran-Prisi dünya mətbuatında

06.12.2018 11:28
37
Azərbaycan Qran-Prisi dünya mətbuatında


Formula-1 üzrə dünya çempionatının cari ildə Bakıda keçirilən Azərbaycan Qran-Prisi dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən, əsasən də İngiltərənin məşhur «The Times» və «The Guardian» nəşrləri tərəfindən yüksək dəyərləndirilərək «2018-ci ilin ən yaxşı yarışı» adlandırılıb. Bu haqda Bakı Şəhər Halqasf Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai jurnalistlərlə görüşündə məlumat verib. Onun bildirdiyinə görə, televiziya auditoriyasında da Azərbaycan Qran-Prisi bir çox yarışlardan üstün olub. Bakıdakı ötüşməni dünyada 83 milyon insan izləyə bilib. Yarışların təşkilatçısı «Formula One Management» şirkətinin statistikasına əsasən, izləyicilərin 76 faizi Bakı yarışından zövq alıb. Bu da mövsüm ərzində ümumi göstəricidən yuxarıdır. Bakı trası bu baxımdan reytinqdə beşinci yeri tutur. Bakı şəhər halqası yalnız Böyük Britaniya (90 faiz), Avstriya (85 faiz), Braziliya (81 faiz) və Meksikadan (79 faiz) geri qalıb.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND