“Biz sanksiya altında olanda, Əliyev Belarus üçün döyüşürdü” - Lukaşenko

02.03.2019 01:28
295
“Biz sanksiya altında olanda, Əliyev Belarus üçün döyüşürdü” - Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko əmindir ki, şəxsi münasibətlər dövlətlərarası münasibətlərə təsir edir.


Ekspress.az xəbər verir ki, bu barədə Lukaşenko KİV nümayəndələriylə “Böyük söhbət” zamanı, Belarus və Azərbaycan əlaqələrini şərh edərkən danışıb:


“Mən azərbaycanlıların belaruslara münasibətini bilirəm, daha yaxşıları bizə lazım deyil. Onlar bizə qardaş kimi yanaşır, bu, müsəlman ölkəsinin xristian ölkələrinə münasibətinin nümunəsidir.

İlham Əliyevin mənə, yaxud mənim ona bir zəngim...Və bütün məsələlər həll olunur”. (qafqazinfo)


Lukaşenko Belarusun sanksiya altında düşdüyü zamanlar Azərbaycan liderinin göstərdiyi prinsipial mövqeyə görə də ona minnətdarlığını bildirib:


“Bizim İlham Əliyevlə qətiyyən heç bir problemimiz yoxdur, baxmayaraq ki, o, GUAM-da olub. Aİ və ABŞ bizə sanksiyalar tətbiq edəndə onun öhdəlikləri var idi. Biz sanksiyalar altında idik. O, heç yerdə susmurdu və Belarusu Saakaşvilinin etdiyi kimi müdafiə edirdi. Bilmirəm, xoşunuza gələcək, ya yox, amma o, Belarus üçün döyüşürdü. Aİ-də, ABŞ-da hamını inandırırdı: "Siz Belarusu tanımırsınız, Belarus Prezidentini tanımırsınız. Niyə onlara təzyiq edirsiniz və sairə”".

Açar sözlər: