Britaniya şirkəti çökdü: Türkiyə nə qədər ziyana düşəcək?

23.09.2019 16:10
146
Britaniya şirkəti çökdü: Türkiyə nə qədər ziyana düşəcək?

Britaniyanın “Tomas Kuk” turoperatorunun fəaliyyətini dayandırması Türkiyəyə illik 600-700 min nəfər turistin gəlişinə çətinlik yaradacaq.


Ekspress.az xəbər verir ki, bunu “Röyter”ə müsahibəsində Türkiyə Otelçilər Federasiyasının sədri Osman Ayık deyib.


“Hazırda Türkiyəyə “Tomas Kuk”un hesabına Britaniya və digər Avropa ölkələrindən 45 min turist gəlib. Bu şirkətin işini dayandırması Türkiyəyə illik 600-700 min nəfər turist axınını azaldacaq. Britaniya şirkətinin elə də böyük olmayan otellərə 100-200 min funt sterlinq həcmində borcu var”, – deyə o bildirib.


Qeyd edək ki, “Tomas Kuk” fəaliyyətini dayandırdığını açıqlayıb. (axar)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND