Böyük Britaniya Avropa İttifaqından çıxması üçün əlavə vaxt istəyib

20.03.2019 19:08
171
Böyük Britaniya Avropa İttifaqından çıxması üçün əlavə vaxt istəyib

Böyük Britaniya hakimiyyəti Avropa İttifaqına ölkənin təşkilatdan çıxmasını iyunun 30-a qədər təxirə salmaq barədə rəsmi sorğu göndərib.


Bu barədə ölkənin baş naziri Tereza Mey parlamentdə çıxış edərkən deyib.


Mey bildirib:


"Mən bu gün Avropa İttifaqı Şurasının sədri Donald Tuska yazmışam və Böyük Britaniyanın "Brexit"i iyunun 30-a qədər təxirə salmaq istədiyi barədə məlumatlandırmışam" (trend).


Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, öz növbəsində deyib ki, Aİ Böyük Britaniyadan martın 29-a planlaşdırılan "Brexit"in təxirə salınması barədə sorğu alıb.

Qeyd edək ki, Birləşmiş Krallığın Avropa İttifaqında gələcək üzvlük məsələsinə dair referendum 2016-cı ilin 23 iyulunda keçirilib. Referendumda "Brexit" tərəfdaşları 51,9 faiz nəticə ilə qalib gəliblər. Referendumun nəticəsinə görə Böyük Britaniya martın 29-u Avropa İttifaqından rəsmi olaraq çıxmalıdır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND