"Mançester Siti" azlıqda qaldı, lakin məğlubiyyətdən qurtuldu - FOTO

21.02.2019 01:58
457
"Mançester Siti" azlıqda qaldı, lakin məğlubiyyətdən qurtuldu - FOTO

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Şalke" evdə "Mançester Siti"ni qəbul edib.


Ekspress.az xəbər verir ki, matç qonaqların qələbəsi ilə başa çatıb.


Oyunda hesab 18-ci dəqiqədə açılıb. "Şəhərlilər"in argentinalı hücumçusu S.Aquero D.Silvanın ötürməsini qola çevirib. Bundan 20 dəqiqə sonra N.Otamendinin rəqibə qarşı kobudluğunu hakim penalti kimi dəyərləndirib və N.Bentaleb "Şalke"nin bərabərlik qolunu vurub. 45-ci dəqiqədə N.Bentaleb yenidən penaltidən özünün və komandasının ikinci qolunu vurub. Komandalar fasiləyə 2-1 hesabı ilə yolanıblar.


İkinci hissə öz dramatikliyi ilə yadda qalıb. 68-ci dəqiqədə Nikolas Otamendi ikinci sarı vərəqə və ardınca qırmızı vərəqə alaraq "Mançeter Siti"ni azlıqda qoyub. Lakin buna baxmayaraq, 10 nəfərlə oynayan "şəhərlilər" bərabərlik qolunu vurmağa nail olub. Belə ki, oyunun 85-ci dəqiqəsində Leroy Sane cərimə zərbəsindən müəkəmməl zərbə ilə qol vurub. Matçın 90-cı dəqiqəsində Rahem Sterlinq rəqib qapıçı ilə təkbətək qalaraq komandasının qələbə qolunu vurmağa nail olub.


"Şalke" - "Mançester Siti" 2-3


Qeyd edək ki, bu komandalar arasında cavab görüşü martın 12-də keçiriləcək.


AQİL

  • SON XƏBƏR
  • TREND