Paris küçələri qarışdı: “Sarı jiletlilər”lə polis toqquşdu

05.01.2019 20:30
105
Paris küçələri qarışdı: “Sarı jiletlilər”lə polis toqquşdu

Yanvarın 5-də Frananın paytaxtı Parisdə “Sarı jiletlilər”in yeni aksiyası keçirlib.

2019-cu ilin ilk etiraz aksiyasında polislə qarşıdurma baş verib.


Ekspress.az xarici mediaya istinadla xəbər verir ki, Paris küçələrində polisə daş və butılka atan nümayişçilərə qarşı gözyaşardıcı qazan istifadə olunub.


Bu insident Sena çayının sahilində baş verib. Verilən məlumatlara görə, Parisdəki etiraz aksiyalarında azı 3,5 min insan iştirak edib.


Xatırladaq ki, Fransada etirazlar noyabrın ortalarında yanacağın qiymətinin artırılacağı barədə xəbərdən sonra başlayıb. “Sarı jiletlilər” hərəkatı çərçivəsində paytaxt Paris və digər şəhərlərdə dükanlar qarət olunub, avtomobillər yandırılıb. Polislə qarşıdurmalarda yüzlərlə adam xəsarət alıb, 2000-dək adam saxlanıb.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND