ABŞ İrana ərzaq və tibbi ləvazimatlar gətirilməsinə imkan vermir - İranlı nazir

01.06.2019 13:08
57
ABŞ İrana ərzaq və tibbi ləvazimatlar gətirilməsinə imkan vermir - İranlı nazir

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, ABŞ İrana ərzaq və tibbi ləvazimatlar gətirilməsinə imkan vermir.


Bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. O bildirib ki, farmakologiya şirkətləri ABŞ-ın sanksiyalarından çəkinərək İran ilə əməkdaşlıqdan imtina edirlər. ABŞ-ın tibb və ərzaq sahələrinə sanksiya tətbiq etməsi beynəlxalq hüquqa və insan haqlarının qorunmasına ziddir.

Nazir bildirib ki, ABŞ-ın İrana iqtisadi müharibə elan etməsi nəticəsində sadə insanlar əziyyət çəkir. Rəsmi Vaşinqton Beynəlxalq Ədalət Məhkəməsinin qərarına hörmətlə yanaşmalı, tibb sahəsinə tətbiq olunan sanksiyaları aradan qaldırmalıdır.


Xatırladaq ki, ötən ilin sentyabrında BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi İranın müraciətinə əsasən ABŞ-ın sanksiyaları ilə əlaqədar araşdırma başlatmışdı (Azərtac). Bir ay davam edən məhkəmə araşdırmasından sonra qərara alındı ki, ABŞ-ın İranın tibbi ləvazimat və ərzaqla təminatına tətbiq etdiyi sanksiyalar insan hüquqlarına ziddir və bu səbəbdən qadağalar aradan qaldırılmalıdır. Lakin ABŞ Beynəlxalq Məhkəmənin qərarını icra etmədi.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND