Tovuzda güllələnən vəkil kimdir? - FOTO


13.09.2019 14:15
288
Tovuzda güllələnən vəkil kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, Tovuz rayonunda vəkil güllələnib. Firudin Ələkbərli naməlum şəraitdə odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb. O, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 


Ekspress.az xəbər verir ki, F.Ələkbərlinin adı bir çox qalmaqallı hadisələrdə hallanır. O, məhkəmlərdə vəkil kimi deyil, nümayəndə kimi çıxış edir. 


Məlumatlarda bildirilir ki, Firudin Ələkbərli Tovuz rayon Xalq məhkəməsinin (indiki Tovuz rayon Məhkəməsi) sədri vəzifəsində çalışıb və fəaliyyətində qanunu kobudcasına pozduğuna görə 1995-ci ilin mayında Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin təqdimatını nəzərə alaraq, “Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq onu vəzifədən azad etmiş və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum etmişdir.


Keçmiş məhkəmə sədrinin hakimliyinə xitam veriləndən sonra, o, qatı müxalifətçi olub. F.Ələkbərov qatı müxalifətçi kimi çıxış edir. 


Tovuzda güllələnən vəkil kimdir? - FOTO

(unikal)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND