Tramp qızını Dünya Bankına prezident qoymaq istəyib, İvanka rədd edib


18.04.2019 14:38
325
Tramp qızını Dünya Bankına prezident qoymaq istəyib, İvanka rədd edib

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp sensasion açıqlama ilə çıxış edib. 


Ekspress.az xəbər verir ki, İvanka Tramp atasının ona Dünya Bankının rəhbəri olmağı təklif etdiyini, lakin bu təklifi rədd etdiyini açıqlayıb. 


İvanka Tramp bildirib ki, Ağ Evdəki müşavir vəzifəsindən məmnundur və bu səbəbdən də atasını təklifini geri çevirib. 


Qeyd edək ki, ABŞ prezidenti bu yaxınlarda qızının "rəqəmlərlə arasının yaxşı olduğunu” deyib, onun Dünya Bankına rəhbər olmasını istədiyini bildirmişdir.


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND