“Qarabağ” – “Partizani” matçını bu hakimlər idarə edəcək


15.07.2019 11:00
96
“Qarabağ” – “Partizani” matçını bu hakimlər idarə edəcək

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Partizani" (Albaniya) oyununun hakim təyinatları açıqlanıb.


Ekspress.az xəbər verir ki, matçı Moldovadan olan hakimlər briqadası idarə edəcək.


Görüşün baş hakimi Dumitru Muntean olacaq. Ona Vladislav Lifçiu və Andrey Bodean kömək edəcək, 4-cü hakim funksiyasını isə Aleksandru Tean yerinə yetirəcək.


Qeyd edək ki, "Qarabağ" - "Partizani" oyunu iyulun 17-də, saat 21:00-da "Dalğa Arena"da keçiriləcək.


Komandalar arasında Albaniyada oynanılan görüş qolsuz bərabərliklə sona çatmışdı (bakupost).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND