Erməni əsgərin hərəkəti Ermənistanı silkələdi - Video


22.07.2019 17:18
71
Erməni əsgərin hərəkəti Ermənistanı silkələdi - Video

Ermənistan ordusunda daha bir rüsvayçı fakt qeydə alınıb.


Ekspress.az xəbər verir ki, bir müddət əvvəl İrəvanın Açapnyak rayonundan orduya çağırılan Narek S. adlı 19 yaşlı gənc qanuni məzuniyyətindən sonra hərbi hissəyə dönməkdən imtina edib. Valideynləri ilə danışan Narek orduya geri qayıdacağı halda intihar edəcəyini bildirib.


“Əvvəllər o, 80 kiloqram idi. Biz onu görəndə gözlərimizə inanmadıq. O, o qədər arıqlamışdı ki - cəmi 55 kiloqram çəkisi vardı. Narek niyə orduya dönmək istəmədiyini açıqlamır. O, yalnız öləcəyini, amma xidmət etməyəcəyini deyir”, – deyə əsgərin valideynləri deyiblər.


Hadisə Ermənistanda əsgər fərariliyini bir daha gündəmə gətirib. İddialara görə, əsgərlərə qarşı qeyri-insani hərəkətlər, eyni zamanda, onların azuqəsiz qalması, müxtəlif, o cümlədən cinsi istismara məruz qoyulmaları düşmən ordusunda geniş yayılıb.


Hüquq-mühafizə orqanlarına müraciət edən valideynlərin çağırışı əsasında əsgər Muraçan hərbi hospitalına yerləşdirilib. Buraya isə hərbi polisin əməkdaşları gəlib və Kanaz hərbi hospitalına köçürüblər.


Qeyd edək ki, dünən həmçinin Ermənistan ordusunun hərbi hissələrindən birində Amik Vardanyan adlı erməni əsgərinin cəsədi tapılıb. 2000-ci il təvəllüdlü əsgərin ölüm səbəbi bəlli deyil. Amikin ailəsinin tək övladı olduğu bildirilib. Hərbçinin ölümü ilə bağlı intihar səviyyəsinə çatdırmaq maddəsi ilə cinayət işi açılıb.



Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND