İran ikitərəfli maliyyə sazişi imzalamağa dair danışıqlar aparır

24.06.2019 19:05
150
İran ikitərəfli maliyyə sazişi imzalamağa dair danışıqlar aparır

İran hökuməti bir sıra ölkələrlə ikitərəfli maliyyə sazişi imzalamağa dair danışıqlar aparır.


Ekspress.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.


“Türkiyə, Azərbaycan, Çin, Rusiya, Hindistan və başqa ölkələrlə maliyyə sazişi imzalamaq barədə danışıqlar aparırıq. Onlardan bəziləri ilə müvafiq sazişlər imzalanıb, başqaları ilə də imzalanmaq astanasındadır”, - nazir ötən gün deyib (report).


Ekspress.az

Açar sözlər: