Bakıda naməlum şəxs spirtli içkidən zəhərlənərək ölüb


18.02.2019 12:48
131
Bakıda naməlum şəxs spirtli içkidən zəhərlənərək ölüb

Bakıda alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən kişi ölüb.


DİN-in mətbuat xidmətindən Ekspress.az -a verilən məlumata görə, fevralın 16-da Səbail rayonu N.Rəfibəyli küçəsində yerləşən “Maarifçi Qriqoriy” kilsəsinin qarşısından, təxminən, 35-40 yaşlarında olan naməlum kişi kəskin alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxanaya gətirilib. Amma həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 


Kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti" Zəng Mərkəzinə, həmçinin Səbail rayon Polis idarəsinə və 9-cu polis bölməsinə (012) 437-02-02 , (012) 492-02-02 şəhər və (050) 280-04-30, (050) 602-62-06 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND