İçərişəhərdə evlərin fasad və eyvanları təmir olunacaq

30.08.2019 10:19
72
İçərişəhərdə evlərin fasad və eyvanları təmir olunacaq

İçərişəhər ərazisindəki evlərin fasad və eyvanları təmir olunacaq.


Ekspress.az xəbər verir ki, bununla bağlı “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və təmir xidməti tender elan edib.


Qeyd edək ki, bir müddət əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Kiçik Qala küçəsində Qala divarları boyunca yerləşən kafe və restoranlarda təmir işləri aparılıb.


Hazırda Qoşa Qala qapılarında restavrasiya işləri davam etdirilir. Həmçinin Bakı Xanlarının Sarayında restavrasiya işləri aparılır. İlin sonuna qədər bərpa işləri bitəcək və yeni muzey ekspozisiyası yaradılacaq və İçərişəhər ərazisində yeni park salınacaq. 


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND