Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapıldı - VİDEO


09.09.2019 10:57
139
Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapıldı - VİDEO

Mərhum pilot Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapılıb.


Ekspress.az Xəzər TV-yə istinadən xəbər verir ki, qardaşı Nicat Atakişiyev məzarı ziyarət edən zaman üzərində məktub olduğunu görüb. Məktubu oxuyanda çox təsirləndiyini deyən Nicat Atakişiyev orada yazılanları Xəzər Xəbərlə bölüşüb.


Mərhum hərbi pilot Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapılıb.


Şəhidin qardaşı Nicat Atakişiyev qardaşının məzarını ziyarət edərkən qəbrin üzərində məktub olduğunu görüb. Nicat Atakişiyev şəhidimizə olan sevgi və hörmətin əks olunduğu bu məktubu oxuyanda çox təsirləndiyini deyib.


"Tanıyan, tanımayan nə çox sevənin varmış komandir. Mən səni qəzaya düşməmişdən əvvəl tanımayanlardan biriyəm. Şəhid düşmə xəbərini aldığım anda bircə kəlmə deyə bilmədim.


Son nəfəsimə qədər səni anacam. Ruhun şad olsun!" deyə məktubda qeyd olunub.


Nicat Atakişiyev tapdığı məktubu sosial şəbəkələrdə də paylaşıb.


Xatırladaq ki, şəhid Rəşad Atakişiyevin idarə etdiyi hərbi təyyarə iyulun 24-də, gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb.



Ekspress.az