Gürcüstanda "donuz qripi"nə tutulanların sayı artır

03.01.2019 21:55
461
Gürcüstanda "donuz qripi"nə tutulanların sayı artır

Gürcüstanda qrip virusu geniş yayılıb. Son statistik məlumatlara görə, orta hesabla hər 100 min nəfərdən 276-sı qripdən əziyyət çəkir.


Ekspress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu məlumatı Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkkrelidze açıqlayıb. O deyib ki, Gürcüstanda yayılmış qrip virusunun 95 faizini H1N1 virusu - “donuz qripi” təşkil edir.


Amiran Qamkkrelidzenin sözlərinə görə, “donuz qripi”ndən ölənlərin sayı 6 nəfərə çatıb. Ölüm faktlarının 4-ü Acarıstan Muxtar Respublikasında, 1-i Tbilisidə, 1-i isə Kutaisidə qeydə alınıb.


Yanvarın 3-də Qori şəhərində daha bir qrip xəstəsi dünyasını dəyişib. İlkin məlumata görə, qadının ölümünə virusun ağır forması səbəb olub. Onun “donuz qripi”ndən ölməsi faktı ekspertizadan sonra məlum olacaq.



Ekspress.az

Açar sözlər: