Neft hasilatında liderlik 3 ölkəyə - ABŞ, Səudiyyə Ərəbistanı və Rusiyaya məxsusdur

21.01.2019 20:35
166
Neft hasilatında liderlik 3 ölkəyə - ABŞ, Səudiyyə Ərəbistanı və Rusiyaya məxsusdur

Ötən ilin noyabrında gündəlik neft hasilatına görə Səudiyyə Ərəbistanı dünyada ikinci yerə yüksəlib, Rusiya isə üçüncü yerədək geriləyib.


Ekspress.az “Report”a istinadən xəbər verir ki, Birgə Təşkilatların Məlumat Təşəbbüsü (JODİ – Joint Organizations Data İnitiative) adlı təşkilatın yaydığı məlumata görə, birinci yerdə qərarlaşan ABŞ-da gündəlik hasilat ötən ilin noyabr ayında 11,693 min barel, Səudiyyə Ərəbistanında 11,093 min barel, Rusiyada 10,279 min barel olub.


Ötən ilin noyabrında oktyabra nisbətən ABŞ-da hasilat həcmi 1,35 faiz, Səudiyyə Ərəbistanında isə 4,34 faiz artdığı halda, Rusiyada 0,18 faiz azalıb.


Sözügedən müddət ərzində ABŞ neft ixracatını 3,6 faiz artıraraq gündəlik 2,411 milyon barelə, Səudiyyə Ərəbistanı 6,9 faiz artıraraq 8,235 milyon barelə çatdırıb. Rusiyanın oktyabr ayında gündəlik 5,22 milyon, sentyabr ayında 5,296 milyon barel neft ixrac etdiyi bildirilir.

ABŞ neftayırma müəssisələrində neft emalı 4 faiz artaraq gündəlik 17.071 min barelə, Səudiyyə Ərəbistanında 0,7faiz artaraq 2.836 min barelə, Rusiyada 4,8 faiz artaraq 5.919 min barelə çatdırılıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND