Rusiya Ukrayna prezidentinin andiçmə mərasiminə dəvət almayıb

17.05.2019 19:44
56
Rusiya Ukrayna prezidentinin andiçmə mərasiminə dəvət almayıb

Rusiya Ukraynanın yeni Prezidenti Vladimir Zelenskinin mayın 20-də keçiriləcək inauqurasiyasına dəvət olunmayan ölkələr sırasındadır.


TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Yekaterina Zelenko məlumat verib.


“Rusiya Federasiyası bu tədbirə dəvət edilməyib (Azərtac). Mərasimə bizim tərəfdaşımız və dostlarımız olan ölkələri dəvət etmişik”, - Zelenko “112 Ukraina” telekanalının efirində belə deyib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND