"Honda" 2021-ci ildə Türkiyədəki zavodunu bağlayacaq


09.04.2019 09:26
339
"Honda" 2021-ci ildə Türkiyədəki zavodunu bağlayacaq

"Honda" avtomobil konserni 2021-ci ildən Türkiyənin Xocaeli əyalətindəki zavodunun işini başa çatdıracaq. 


Ekspress.az xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatda deyilir.

Qeyd edilir ki, müəssisənin bağlanması haqqında qərar korporasiyanın qlobal inkişaf strategiyasına yenidən baxması və elektrik avtomobillərin istehsalına əlavə resursları yönəltmək ehtiyacı ilə əlaqədar qəbul edilib (report). Çünki onların dünya bazarında payı tez artır.

Məlumata görə, "Honda"nın Türkiyə ərazisindəki diler mərkəzləri şəbəkəsi hər hansı dəyişikliyə məruz qalmayacaq.


Qeyd edək ki, "Honda"nın həmin əyalətdəki zavodu 1997-ci ildə açılıb.


Ekspress.az

Açar sözlər: