Putin 9 generalı vəzifəsindən azad etdi, 2 generala isə yeni vəzifə verdi

08.02.2019 23:30
63
Putin 9 generalı vəzifəsindən azad etdi, 2 generala isə yeni vəzifə verdi

Rusiya prezidenti Vladimir Putin ölkənin hüquq-mühafizə orqanlarında işləyən 9 generalı işdən azad edib.


Ekspress.az “RİA Novosti”yə istinadla xəbər verir ki, prezidentin sərəncamı rəsmi dövlət saytında dərc olunub.


Vəzifəsindən azad olunanlar general-mayor İrina Zeybert, general-leytenant Sergey Didenko general-mayor Aleksandr Kuznetsov, general-mayor Vladimir Nikitiyev, general-mayor Rafael Gilmanov, general-leytenant Pavel Nikolaev, general-mayor Sergey Solopov, general-polkovnik İqor Panin və general-polkovnik İqor Oderdir.


Putin bir sıra təyinatlar da edib. Daxili İşlər Nazirliyinin Miqrasiya İşləri Baş İdarəsinin rəhbəri general-mayor Valentina Kazakova, Daxili İşlər Nazirliyinin Ekstremizmə qarşı Mübarizə Baş İdarəsinin rəisi isə general Oleq İlinıx olub.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND