Tokayev Qazaxıstanın paytaxtının adını dəyişir - Astana Nursultan olacaq

20.03.2019 13:25
130
Tokayev Qazaxıstanın paytaxtının adını dəyişir - Astana Nursultan olacaq

Kasım-Jomart Tokayev Qazaxıstan prezidentinin səlahiyyətlərinin icrasına başlayıb.


Ekspress.az xəbər verir ki, onun ilk qərar və təklifləri milli lider - Elbaşı Nursultan Nazarbayevin adının əbədiləşdirilməsi barədə olub.


Belə ki, Nazarbayevə “Xalq qəhrəmanı” adı verilib və o, "Qızıl ulduz"la təltif olunub.


Tokayev paytaxt Astananın Nursultan adlandırılmasını, şəhərdə ona heykəl qoyulmasını, bütün vilayət mərkəzlərinin əsas küçə və prospektlərinə Nazarbayevin adının verilməsini, bütün dövlət idarələrində və təhsil müəssisələrində Nazarbayevin portretlərinin asılmasını təklif edib.


Tokayev bildirib ki, bütün strateji xarakterli qərarlar – daxili və xarici siyasətin əsas istiqamətləri Nazarbayevlə razılaşdırılacaq. Bu, həm “Qazaxıstan Respublikasının ilk prezidenti - Elbaşı haqqında” qanunun tələbidir, həm də Təhlükəsizlik Şurasının ömürlük sədri kimi Nazarbayevin bu məsələlərdə söz sahibi olması Konstitusiyada əksini tapıb.

  • SON XƏBƏR
  • TREND