• 21 °C Bakı
  • 20 °C Quba
  • 19 °C Gəncə
  • 15 °C Yevlax
  • 17 °C Naxçıvan

Çempionlar Liqasında 1/4 final cütləri müəyyənləşib

15.03.2019 15:38
133
Çempionlar Liqasında 1/4 final cütləri müəyyənləşib


Bu gün Çempionlar Liqasında 2018/19 mövsümünün sonuncu püşkatması keçirilib. 


UEFA-nın İsveçrənin Nyon şəhərində baş tutan mənzil-qərargahında 1/4 final və yarımfinal mərhələlərinin, həmçinin final oyununun püşkü atılıb.


İyunun 1-də İspaniya paytaxtı Madriddəki “Metropolitano” stadionunda baş tutacaq final matçının nominal meydan sahibi də bəlli olub.


Çempionlar Liqası


1/4 final


1. “Ayaks” (Hollandiya) - “Yuventus” (İtaliya)

2. “Liverpul” (İngiltərə) - “Portu” (Portuqaliya)

3. “Tottenhem” (İngiltərə) - “Mançester Siti” (İngiltərə)

4. “Barselona” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)


1/2 final


1. 3-cü cütün qalibi – 1-ci cütün qalibi

2. 4-cü cütün qalibi – 2-ci cütün qalibi


Final


1/4 final oyunları aprelin 9-10 və 16-17-də, yarımfinal mərhələsi 30 aprel – 1 may və 7-8 mayda keçiriləcək. Final matçı isə iyunun 1-də baş tutacaq.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND