Autizmli uşaqlar üçün pəhrizin faydaları

22.02.2019 16:21
998
Autizmli uşaqlar üçün pəhrizin faydaları

Autizmdən əziyyət çəkən uşaqların 85%-nin həzm funksiyaları ağır metal və digər toksinlərlə əlaqədar olaraq pozulduğundan kazein (süd laxtası, pendir, qatığın susuz hissəsi), qlüten (buğda proteini) və proteinin quruluşundakı böyük molekullar həzm edilərək ən kiçik vahidə - aminasitlərə parçalana bilmirlər.


Ekspress.az xəbər verir ki, inkisaf geriliyi üzrə mütəxəssis, pedaqoq Gülnar Orucovanın sözlərinə görə, bu qidaların həzm edilməmiş protein hissələri qana keçərək immunitet sisteminin və beynin işləmə tərzinin pozulmasına eləcə də, bədəndə ifraz olunan sərbəst morfinin miqdarının artmasına səbəb olur: “Qanda morfinin miqdarının artması autiklərdə göz təmasının olmaması və ya itməsi, öyrənmə bacarığının azalması, stereotipik davranışların və self-mütelasyon (özünə zərər vurma) kimi əlamətlərin yaranmasına səbəb olur.


Autik uşaqlara kazeinsiz və qlütensiz pəhriz tətbiq olunduqda morfinlərin qan səviyyəsi azalır və klinik əlamətlər də eyni nisbətdə azalmağa başlayır. Bu pəhrizə autik xəstələrə yaxşı təsir etməyən qida maddələrinin çıxarılması ilə başlanmalıdır. Hansı ki, bu qidalar toksinlərin yığılmasına səbəb olur. Bu xəstələrin genetik olaraq toksin təmizləmə müxanizmləri zəifdir. Xəstəliyi ortaya çıxaran səbəblərdən biri də toksinlərdir. Bu toksinlər yorğunluq, istəksizlik, hədsiz tüpürcək ifrazı və xroniki altını islatmaq kimi əlamətlərlə özünü göstərə bilir”.


G.Orucova bildirib ki, qlüteni və kazeini birdən-birə kəsmək orqanizmə zərər verə biləcəyindən, əvvəlcə kazeini, daha sonra isə qlüteni kəsmək lazımdır : “Kazein və qlütenin tam olaraq bədəndən təmizlənməsi 1-2 il vaxt tələb edir. Qida rasionundan kazeinin çıxarılması isə 2 həftə sonra, qlütenin çıxarılması isə 3 ay sonra öz müsbət təsirini göstərir”.


Mütəxəssis qeyd edib ki, autik uşaqlarda qlütenli və kazeinli qidalara düşkünlük olduğuna görə belə uşaqlara pəhriz proqramının tətbiqi böyük dəyişikliklərə səbəb olacaq: “Bu pəhriz autik xəstələrin 60%-də müsbət nəticə verərək ilk növbədə bağırsaqlar da düzəlmə, dildə inkişaf, hiperaktiv davranışda azalma, yuxusuzluq, yorğunluq və ağlama problemlərində yaxşılaşma ilə müşahidə olunur. Pəhrizə başladıqda bəzi keçicici əlamətlər ortaya çıxa bilər: tərləmələr, aqressivlik, yuxusuzluq, qəbizlik və ya ishal və s. ola bilər. Bütün bu əlamətlər 48 saat içərisində azalaraq yox olur”.


Orucova diqqətə çatdırıb ki, qlütensiz-kazeinsiz pəhriz bir neçə ay tətbiq olunmalıdır: “Bu pəhriz olmadan autik uşaqların yaxşılaşması mükün deyil. Pəhrizlə bərabər pedaqoq, psixoloq, loqoped autik xəstələrlə məşğul olmalıdır”.


Qeyd edək ki, düzgün tətbiq edilən pəhrizin nəticəsini qısa müddət ərzində əldə etmək olar.


Aynurə Məmmədova



Ekspress.az