Bakının bu rayonunda su olmayacaq

21.05.2019 10:45
53
Bakının bu rayonunda su olmayacaq

Bu gün və sabah Bakının Suraxanı rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 


Bu barədə Ekspress.az -a “Azərsu” ASC-dən bildirilib.


Məlumatda deyilir ki, magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar mayın 21-22-də Suraxanı, Hövsan, Əmircan və Qaraçuxur qəsəbələrinə su fasilələrlə veriləcək.


Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND