• 25 °C Bakı
  • 21 °C Quba
  • 26 °C Gəncə
  • 25 °C Yevlax
  • 30 °C Naxçıvan

Azərbaycan Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransında təmsil olunur


25.04.2019 13:38
76
Azərbaycan Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransında təmsil olunur

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı öz işinə başlayıb.


Dövlət Gömrük Komitəsindən (DGK) Ekspress.az -a verilən məlumata görə, beynəlxalq tədbirdə ölkəmizi DGK-nın sədri Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.


Konfransda ÜGT Avropa regionunun tranzit sistemlərinin uyğunlaşdırılması, ÜGT-də əlavə dillərin istifadəsi, ÜGT-yə qoşulma ilə əlaqədar işçi qrupunun fəaliyyətinin nəticələri, ÜGT-də fəaliyyətin qiymətləndirilməsi alətinin hazırlanması, 2019-2022-ci illər üzrə hazırlanacaq Strateji Planda Avropa regionunun prioritetləri, ÜGT-nin qayda və prosedurlarının təkmilləşdirilməsi, ÜGT-nin Regional Laboratoriyalarının texniki şərtlərinin qəbul edilməsi, ÜGT-nin Avropa regionunun ÜGT-nin Komitə və orqanlarında təmsil edilməsi, Bakıda yerləşən ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri vəzifəsinə namizədlərin təqdim edilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur (report).


Konfrans aprelin 26-na qədər davam edəcək.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND