Gəncədə 14 yaşlı oğlunu döyən ata saxlanılıb, cinayət işi başlanıb

10.06.2019 20:11
35
Gəncədə 14 yaşlı oğlunu döyən ata saxlanılıb, cinayət işi başlanıb

Gəncədə 14 yaşlı oğlunu döyən ata saxlanılıb.


Elspress.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov bildirib.


Yeniyetmənin atası İlham Məmmədov barəsində qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.


Qeyd edək ki, iyunun 3-də İ. Məmmədov sərxoş halda yeniyetmə övladını taxta parçası ilə döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.


1972-ci il təvəllüdlü İlham Məmmədov polis tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb.


Faktla bağlı araşdırma aparılır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND