• 18 °C Bakı
  • 15 °C Quba
  • 18 °C Gəncə
  • 16 °C Yevlax
  • 14 °C Naxçıvan

Hər 4 nəfərindən birinin banka borcu var

27.01.2019 14:35
123
 Hər 4 nəfərindən birinin banka borcu var

“Artıq beşinci ildir ki, vətəndaşların xeyli hissəsinin borc tələsinə düşməsi Azərbaycanda əhalinin müəyyən hissəsnin güzəranının yaxşılaşması qarşısında ciddi maneəyə çevrilib. Ölkə əhalisinin hər 4 nəfərindən birinin banka borcu var. 2015-ci ilin iki şok devalvasiyasından sonra əhalinin xeyli hissəsi və banklar həmin şoku hələ də hiss edir. Banklara borcu olanlarla yanaşı, 1 milyon nəfərdən artıq vətəndaşımız borclara zamin olmaqdan əziyyət çəkir”. 


Bunu millət vəkili Əli Məsimli deyib. O, bildirib ki, xeyli vətəndaşımız və biznes strukturları bank kreditlərinin girovuna çevrilib. Bu problemi, xüsusən də xarici valyutada olan kreditlər problemini çözmək lazımdır ki, həm bankların sağlamlaşdırılmasına, həm də əhalinin güzəranının yaxşılaşmasına geniş yol açılsın. 


Millət vəkili deyib ki, xarici valyutada olan kreditlərlə bağlı problemə differensiallaşdırılmış şəkildə baxmaq lazımdır: “Qanunun bütün sərtliyini 2015-ci ilin devalvasiyalarına qədər borcunu vaxtında, səliqə ilə qaytaran və devalvasiyadan sonra artan borclarını qaytarmaq üçün gəlirinin imkan vermədiyi, eləcə də devalvasiya nəticəsində artan kreditləri qaytarmaq iqtidarında olmayan yoxsul təbəqəyə yox, banklarla əlbir olub kreditləri əslində qaytarmaq yox, qaytarmamaq üçün alanlara tətbiq etmək lazımdır. 2015-ci ilin devalvasiyalarına qədər borcunu vaxtında səliqə ilə qaytaran və devalvasiyadan sonra artan borclarını qaytarmaq üçün gəlirinin imkan vermədiyi şəxslərə güzəştlər edilməlidir. Borcu olan insanların əksəriyyəti aldığı borcun 2-3 qatını banka çoxdan ödəyib. Bəzi banklar həmin insanlardan artıq aldığından əlavə faiz, cərimə və sair formalı manipulyasiyalarla əslində almadığı kreditə görə pul tələb edirlər. Devalvasiyadan əvvəl 2 min manat kredit alıb, son 3 ildə 7 min manat qaytarmasına baxmayaraq, bəzi bankların hələ də belə insanların yaxasından əl çəkməməsi faktları obyektiv araşdırılmalı, müflisləşmə mexanizmi tətbiq edilməli və əhalinin aztəminatlı təbəqəsinin kredit borcları silinməlidir”.


Reyting.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND