Ləman Ələşrəfqızı Məleykə Əsədovaya "DƏRS KEÇDİ" - FOTO

19.07.2019 13:10
153
Ləman Ələşrəfqızı Məleykə Əsədovaya "DƏRS KEÇDİ" - FOTO

Əməkdar jurnalist Ləman Ələşrəfqızı Xalq artisti Məleykə Əsədovanı sərt tənqid edib.


Ekspress.az xəbər verir ki, xalq artisti özəl klinikalardan birini reklam edərkən ilbizlə müayinə üsullarından danışıb. Sonacan "ilbiz" sözünü "iblis" kimi tələffüz edib.


Bu kobud səhv Ləman Ələşrəfqızının diqqətindən yayınmayıb və sərt tənqidinə tuş gəlib.


O, sosial şəbəkədəki hesabında "Məleykə Əsədova hər əlində bir-iki ilbiz bir özəl klinikanı reklam edir. Axıra qədər də ilbizə iblis deyir. Və…sosial şəbəkələrdə bunu tirajlayırlar. Gərək bu xalq artistinə "İblis” tamaşasında bir rol versinlər. İblislə ilbizin fərqini anlasın. Onun reklamını yapanlara da o tamaşaya bilet satsınlar. Nə gündəsiz” yazıb (bakupost).



Ekspress.az

  • SON XƏBƏR
  • TREND