Paşinyanın komandası dağılır: Kütləvi istefaya start verilir

19.09.2019 11:05
71
Paşinyanın komandası dağılır: Kütləvi istefaya start verilir

Ermənistanda yüksəkvəzifəli məmurlar istefası davam edəcək.


Ekspress.az xəbər verir ki, bu iddia ilə “Joxovurd” qəzeti çıxış edib. Məlumata görə, yaxın zamanlarda Baş nazirin müavini Mqer Qriqoryan, Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, Müdafiə naziri David Tonoyan istefaya göndəriləcək. Öz istəyi ilə postlarını Fövqəladə Hallar naziri Feliks Çolakyan, Təbii Sərvətlər naziri Erik Qriqoryanın da tərk edəcəyi vurğulanıb. Paşinyanın həmçinin ABŞ-dan geri döndükdən sonra Səhiyyə naziri Arsen Toroyan , Əmək və Sosial Məsələlər naziri Zarui Batoyanı istefaya göndərəcəyi açıqlanıb.


Baş nazirin parlamentdəki tərəfdarları arasında da dəyişikliklərin olacağı söylənilib. Belə ki, vitse-spiker Lena Nəzəryanın öz səlahiyyətlərindən imtina edəcəyi, eləcə də Mikael Zolyanın Mənim Addımım Blokundan çıxacağı və onun parlamentdə yeni qrup formalaşdıracağı qeyd edilib. (axar)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND