Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri vəfat etdi


22.07.2019 11:52
157
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri vəfat etdi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano 73 yaşında vəfat edib.


Ekspress.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Baş katibin ölüm səbəbi barədə isə hələlik dəqiq məlumat verilmir.


Xatırladaq ki, Y.Amano 2009-cu ildən Agentliyə rəhbərlik edib. Buna qədər isə Yaponiyanın qurumdakı səfiri və daimi nümayəndəsi vəzifəsində çalışıb.


Həmçinin, diplomat BMT-də fəaliyyət göstərib, 1972-ci ildən Yaponiya Xarici İşlər Nazirliyində müxtəlif postları tutub (oxu.az).


Ekspress.az