Mübariz İbrahimovun qardaşı danışdı: "Atamın səhhəti günbəgün..."

11.10.2019 16:10
141
Mübariz İbrahimovun qardaşı danışdı: "Atamın səhhəti günbəgün..."

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov Mərkəzi Klinikada ürəyindən əməliyyat olunub. Ağakərim İbrahimovun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.


 Ekspress.az xəbər verir ki, Milli Qəhrəman Mübariz İbrahimovun qardaşı Rəşad İbrahimov atasının səhhətinin yaxşı olduğunu söyləyib: "Atam hazırda evdədir. Səhhəti günbəgün daha da yaxşılaşır. Rahat şəkildə yeriyir və gəzir. Atamın müalicəsini Heydər Əliyev Fondu öz üzərində götürüb. Ailəmizə göstərdikləri qayğıya görə cənab prezidentimiz İlham Əliyev və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edirəm".


Ekspress.az